Главная > Dünya / Manset > Kiyev Donbassda sükut rejimini bərpa etməyə hazırdır
Kiyev Donbassda sükut rejimini bərpa etməyə hazırdır18-02-2022, 23:16. Разместил: admin |
Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, Kiyev Donbassda atəşkəsin bərpası üçün lazım olan hər şeyi etməyə hazırdır. “Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, Vereşçuk sabah üçtərəfli təmas qrupunun görüşünün keçirilməsinə ümid etdiyini deyib: “Ümid edirik ki, belə bir görüş sabah baş tutacaq. Biz işləməyə hazırıq, dialoqa hazırıq, atəşkəsin davam etməsi, atəşkəs rejiminin bərpa olunması üçün hər şeyi etməyə hazırıq”, - baş nazirin müavini qeyd edib. Вернуться назад |