Главная > Dünya / Manset > Ukrayna, Polşa və Böyük Britaniya üçtərəfli Alyans yaratdı

Ukrayna, Polşa və Böyük Britaniya üçtərəfli Alyans yaratdı


18-02-2022, 08:48. Разместил: admin
Ukrayna, Polşa və Böyük Britaniya üçtərəfli Alyans yaradıb.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə keçirdiyi birgə brifinqdə deyib.

“Biz Ukrayna, Böyük Britaniya və Polşa tərəfindən yeni üçtərəfli əməkdaşlıq formatının yaradılmasını elan etməkdən şərəf duyuruq. Bu üçtərəfli Ukrayna-Polşa-Britaniya alyansının yaradılmasını elan edirik”, - deyə D.Kuleba bildirib.

Xatırladaq ki, bu ilin yanvarında Böyük Britaniya Ukrayna və Polşa ilə üçtərəfli alyansın yaradılmasını təklif etmişdi.
Вернуться назад