Главная > Dünya / Manset > Gürcüstan Litva və Çexiya ilə hərbi əməkdaşlıq edəcək

Gürcüstan Litva və Çexiya ilə hərbi əməkdaşlıq edəcək


17-02-2022, 15:18. Разместил: admin
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi idarələrinin rəhbərlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində Litva və Çexiyadan olan həmkarları Arvidas Anuşauskas və Yana Çernoxova ilə müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.


Bu barədə çərşənbə günü Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, imzalanmış memorandumlarda 2022-ci il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı əks olunub.
Вернуться назад