Главная > Dünya / Manset > ÜST: Son həftədə dünyada koronavirusa yoluxma 19 faiz azalıb

ÜST: Son həftədə dünyada koronavirusa yoluxma 19 faiz azalıb


17-02-2022, 14:23. Разместил: admin
Dünyada son həftə ərzində koronavirusa yoluxma halları 19 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında qeyd olunub.

7-13 fevral tarixlərində COVID-19-a yoluxma hallarının sayı yalnız Sakit Okeanın Qərbində artıb. Digər regionlarda yoluxmada azalma müşahidə olunub.

Bu müddət ərzində xəstəlikdən ölüm göstəricisi isə dəyişməyib.
Вернуться назад