Главная > Dünya / Manset > Dövlət Departamenti Putinin “soyqırımı” ifadəsindən narahatdır
Dövlət Departamenti Putinin “soyqırımı” ifadəsindən narahatdır17-02-2022, 12:05. Разместил: admin |
ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin Donbasda baş verənləri “soyqırımı” adlandırması ilə razılaşmayıb. “Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ XİN-in sözçüsü Ned Prays deyib. O bildirib ki, hadisələri bu cür dəyərləndirmək əsassızdır. “Bizi xüsusilə Rusiya Prezidenti Vladimir Putinin və digər Rusiya rəsmilərinin Donbasda “soyqırım”la bağlı bəyanatları narahat edir. Bununla bağlı bəyanatların heç bir əsası yoxdur”. Вернуться назад |