Главная > Dünya > Bu ölkələrdən idxala qadağa qoyuldu
Bu ölkələrdən idxala qadağa qoyuldu17-02-2022, 10:23. Разместил: admin |
İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, İspaniya Krallığının Andalusiya muxtar icmasında, Seneqalın Ties regionunda, Slovakiyanın Jilina diyarında, Portuqaliyanın Lissabon dairəsində və Kanadanın Yeni Şotlandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə AQTa məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Mərkəz dairəsindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, İspaniyanın Andalusiya muxtar icmasından, Seneqalın Ties regionundan, Slovakiyanın Jilina diyarından, Portuqaliyanın Lissabon dairəsindən və Kanadanın Yeni Şotlandiya əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, İspaniya Krallığından, Seneqaldan, Slovakiyadan, Portuqaliyadan və Kanadadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Вернуться назад |