Главная > Dünya / Manset > “Donbas sakinlərinə Rusiya pasportunun verilməsi pozuntu deyil” - Peskov
“Donbas sakinlərinə Rusiya pasportunun verilməsi pozuntu deyil” - Peskov16-02-2022, 18:12. Разместил: admin |
“Donbasda Rusiya pasportlarının verilməsi təcrübəsi Minsk razılaşmalarını pozmur. Moskva bunu humanitar məqsədlər üçün edir”. “Azadsəs.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu təcrübə Minsk razılaşmalarını pozmur. Bu qısa və son dərəcə konkret mətni heç olmasa bir dəfə oxumaq kifayətdir”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, Rusiya yalnızca qondarma respublikaların deyil, dünyanın müxtəlif ölkələrinin vətəndaşlarına pasport verir: “Bu, kifayət qədər yayılmış təcrübədir”. Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fevralın 10-u bildirib ki, Rusiya tərəfindən Donbas sakinlərinə vətəndaşlıq verilməsinə dair hesabatın hazırlanması ilə bağlı ATƏT-ə müraciət edib. Вернуться назад |