Главная > Dünya / Manset > “Ukraynada raketlər yerləşdirmirik, rus xalqını hədəfə almamışıq”

“Ukraynada raketlər yerləşdirmirik, rus xalqını hədəfə almamışıq”


16-02-2022, 12:38. Разместил: admin
“ABŞ və NATO Rusiya üçün təhlükə yaratmır, Ukraynada raketlərimiz yoxdur və onları orada yerləşdirməyi planlaşdırmırıq".

“Azadsəs.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden videomüraciətində deyib.

“İcazə verin, nə etmədiyimizi açıq deyim. ABŞ və NATO Rusiya üçün təhlükə deyil. Ukrayna Rusiya üçün təhlükə deyil. ABŞ və NATO-nun Ukraynada raketləri yoxdur. Bizim onları Ukraynada yerləşdirmək planımız da yoxdur”, - deyə Bayden bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ Rusiya xalqını hədəfə almayıb və Rusiyada sabitliyi pozmağa çalışmır.

"Rusiya vətəndaşlarına deyirəm: siz bizim düşmənimiz deyilsiniz. Mən inanmıram ki, siz Ukrayna ilə qanlı, dağıdıcı müharibə istəyirsiniz".
Вернуться назад