Главная > Dünya / Manset > “Rusiyada heç kim Ukrayna ilə müharibə istəmir” - Matviyenko

“Rusiyada heç kim Ukrayna ilə müharibə istəmir” - Matviyenko


16-02-2022, 10:48. Разместил: admin
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiyada heç kim Ukrayna və ya başqası ilə müharibə istəmir.

“Azadsəs.az”ın “RİA Novosti”yə istinadən xəbər verir ki, Matviyenko bildirib:

"Rusiya cəmiyyətindəki əhval-ruhiyyəyə gəlincə, mən qəti şəkildə deyə bilərəm: Rusiyada heç kim nə Ukrayna ilə, nə də başqası ilə müharibə istəyir. Sovet dövründə böyümüş yaşlı nəsil üçün, şəxsən mənim üçün bu ideyanın özü - Ukrayna xalqı ilə müharibə sadəcə olaraq ehtiramsızlıqdır. İnanın mənə, ölkə rəhbərliyi üçün də”.
Вернуться назад