Главная > Dünya / Manset > “Qondarma “DXR” və “LXR”in tanınması siyasi fəlakət olacaq” - Almaniya kansleri

“Qondarma “DXR” və “LXR”in tanınması siyasi fəlakət olacaq” - Almaniya kansleri


15-02-2022, 20:12. Разместил: admin
“Rusiya tərəfindən tanınmamış Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin mümkün tanınması siyasi fəlakət və Minsk razılaşmalarının pozulması olacaq”.

“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Əgər parlament təklif olunanları qəbul edərsə və bu, reallığa çevrilərsə, əlbəttə ki, bu, Minsk razılaşmalarının pozulması demək olacaq. Bu, prosesin dayandırılacağı və bunun siyasi fəlakət olacağı anlamına gələcək”, - Şolts Putinlə danışıqlardan sonra deyib.

Xatırladaq ki, Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı ölkə Prezidenti Vladimir Putinə müraciəti qəbul edib. Sözügedən müraciət layihəsi ölkənin Kommunist partiyası tərəfindən təklif edilib.
Вернуться назад