Главная > Dünya > Ukraynadan Rusiya bölmələrinin geri çəkilməsinə münasibət
Ukraynadan Rusiya bölmələrinin geri çəkilməsinə münasibət15-02-2022, 19:43. Разместил: admin |
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi Rusiya Xarici İşlər Nazirliyinin təlimi başa çatdıqdan sonra ölkənin zirehli texnikasının qarnizonlara göndərilməsi prosesi barədə məlumatları müsbət dəyərləndirib. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb. “Şübhəsiz ki, Rusiya bölmələrinin Ukrayna sərhədindən geri çəkilməsinə başlanması ilə bağlı kifayət qədər konkret xəbərlər düzgün siqnaldır”, - deyə Podolyak söyləyib. Xatırladaq ki, təlimi başa vuran Rusiya bölmələrinin Ukrayna sərhədindən öz bazalarına geri döndüyü barədə məlumat yayılıb. Вернуться назад |