Главная > Dünya / Manset > Ukrayna polisi gücləndirilmiş iş rejiminə keçdi

Ukrayna polisi gücləndirilmiş iş rejiminə keçdi


15-02-2022, 15:21. Разместил: admin
Fevralın 14-dən fevralın 19-dək Ukrayna polisi bütün ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Milli Polis Departamenti izah edib ki, bu, “vətəndaşların təhlükəsizliyinə hər hansı təhdidlərə daha tez reaksiya vermək” məqsədilə edilir.

“Gücləndirilmiş polis rejimi panika üçün əlavə səbəb deyil. Söhbət mühafizə və tam hazırlıqdan gedir”, - deyə mətbuat xidmətindən bildirilib.
Вернуться назад