Главная > Dünya > “Öpüş” 3,2 milyon avro gəlir gətirdi

“Öpüş” 3,2 milyon avro gəlir gətirdi


15-02-2022, 09:53. Разместил: admin
Tanınmış Avstriya rəssamı Qustav Klimtin dünyaca məşhur "Öpüş" tablosunun NFT texnologiyası əsasında hazırlanmış rəqəmsal buraxılışının satışından 3,2 milyon avro əldə olunub.

“Azadsəs.az” xəbər verir ki, Vyana şəhərində yerləşən “Belveder” muzeyi əsərin 10 min ədəd rəqəmsal unikatını satışa çıxarıb.

Satışın ilk günü kodlaşdırılmış rəqəmsal unikatların 1730 ədədi satılıb. Bir ədədi 1850 avroya təklif olunan NFT-lərin hamısı satılacağı halda ümumi gəlir 18,5 milyon avroya yüksələcək.

Muzeydən bildirilib ki, məşhur əsərin NFT versiyasının satışı ilə muzey perseptual kainat hesab edilən Metaversum istiqamətində ilk addımını atıb.

Qeyd edilməlidir ki, NFT (non-fungible token - əvəzlənə bilməyən nişanlar) rəqəmsal mühasibat sistemlərində (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzlənməsi mümkün olmayan vahidləridir. Rəqəmsal incəsənətdə, eləcə də iqtisadiyyatın bir çox sahələrində NFT-lərdən istifadə getdikcə artmaqdadır.
Вернуться назад