Главная > Dünya > Rusiyanın sualtı qayığı Bosfor boğazından keçdi

Rusiyanın sualtı qayığı Bosfor boğazından keçdi


14-02-2022, 09:22. Разместил: admin
Rusiya Hərbi Dəniz Qüvvələrinin “Rostov-no-Donu” sualtı qayığı Bosfor boğazından keçib.

Sualtı qayığın keçidini Türkiyə Sahil Mühafizəsinin katerləri müşayiət edib.

Qara Dəniz Donanmasının 70 metr uzunluğundakı sualtı qayığı Mərmərə dənizindən Boğaziçinə daxil olub.

Təxminən 45 dəqiqə sonra Fatih Sultan Mehmet körpüsünün altından keçərək Əmirgan sahillərinə gələn B-237 nömrəli qayıq Qara dənizə doğru yol alıb.
Вернуться назад