Главная > Dünya / Manset > Ərdoğan “Dubai Expo”dakı Azərbaycan pavilyonunu ziyarət edəcək
Ərdoğan “Dubai Expo”dakı Azərbaycan pavilyonunu ziyarət edəcək13-02-2022, 20:16. Разместил: admin |
Fevralın 14-15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) iki günlük səfəri baş tutacaq. Rəsmi təmaslar üçün Əbu Dabiyə gələcək dövlət başçısı daha sonra Dubaya yollanacaq. Səfər çərçivəsində prezident Ərdoğan “Dubai Expo”da Türkiyə milli gününün açılışını edəcək. Onun BƏƏ və Azərbaycan pavilyonlarını da ziyarət edəcəyi gözlənilir. Qeyd edək ki, pandemiya səbəbiylə 2021-ci ildə açılan “Dubai Expo” 192 iştirakçı ölkə ilə dünyanın ən böyük ticarət və mədəniyyət tədbiridir. Вернуться назад |