Главная > Dünya / Manset > Kreml Putinlə Bayden arasındakı telefon danışığının təfərrüatını açıqlayıb

Kreml Putinlə Bayden arasındakı telefon danışığının təfərrüatını açıqlayıb


13-02-2022, 08:21. Разместил: admin
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı başa çatıb.

Kremldən verilən məlumata əsasən, Vladimir Putin və Co Bayden arasında telefon danışığı bir saatdan bir qədər çox davam edib.

İki ölkə liderinin telefon danışığı zamanı əsas mövzu Ukrayna ətrafındakı gərginlik olub.

Bildirilib ki, bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçib.

Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında iki ölkə liderinin danışdığı bəzi məqamlara toxunub.

“Söhbət əsnasında Vladimir Putin qeyd edib ki, hər iki böyük dövlət hazırda bir-birinə rəqibdir, lakin onlar bütün dünyada sabitliyi və təhlükəsizliyi qorumaq üçün əllərindən gələni etməlidirlər”, - deyə Yuri Uşakov bildirib.

Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.
Вернуться назад