Главная > Dünya / Manset > Tehranda hökumətə ETİRAZ: “Xameneiyə ölüm, diktatora ölüm!”

Tehranda hökumətə ETİRAZ: “Xameneiyə ölüm, diktatora ölüm!”


12-02-2022, 10:34. Разместил: admin
İranda yaşayış binalarından birində çəkilən video sosial şəbəkələrin gündəmini zəbt edib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə “Iran International” xəbər agentliyi məlumat yayıb.


İranda inqilabdan sonra hər il 11 fevral (22 bəhmən) islam inqilabının qələbəsi günü kimi rəsmi şəkildə qeyd olunur.

Bildirilir ki, fevralın 10-da, yəni inqilabın ildönümündən bir gün qabaq Tehran şəhərində insanlar evlərinin balkon və pəncərələrinə çıxaraq hökumətə qarşı bir sıra şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında ən diqqətçəkənləri isə “Xameneiyə ölüm”, “diktatora ölüm” və “İslam Cümhuriyyətinə ölüm” şüarları olub.

Qeyd edək ki, özəlliklə son dövrlərdə İran xalqı arasında islam rejiminə qarşı kəskin nifrət müşahidə olunur. Bunu ölkə rəhbərliyinin İranın müxtəlif şəhərlərində quraşdırılan şəkil və heykəllərinin sadə vətəndaşlar tərəfindən dəfələrlə yandırılmasında da görmək olar.
Вернуться назад