Главная > Dünya > “Qazaxıstan beynəlxalq dəstələrin qurbanı olub” - Putin
“Qazaxıstan beynəlxalq dəstələrin qurbanı olub” - Putin10-02-2022, 17:22. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putinlə bu ölkədə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlar başlayıb. “Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, görüş Kremldə keçirilir. “Qazaxıstan yanvar ayında beynəlxalq dəstələrin qurbanı olub. Ölkə hakimiyyətin səyləri nəticəsində ayaqda möhkəm dayanıb”, - deyə Putin görüşdə bildirib. Tokayev isə öz növbəsində, iğtişaşlar zamanı çox sayda qurbanın olmasından narahatlıq duyduğunu söyləyib və bütün günahkarların cəzalandırılacağına dair söz verib. Вернуться назад |