Главная > Dünya > Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır


10-02-2022, 12:06. Разместил: admin
Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb.

“Azadsəs.az” xəbər verir ki, o, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı.

Qeyd edək ki, fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.
Вернуться назад