Главная > Dünya / Manset > ATƏT Avropada ən yüksək müharibə riski elan edib
ATƏT Avropada ən yüksək müharibə riski elan edib9-02-2022, 14:12. Разместил: azadses |
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb. “Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsindədir”, - Z.Rau vurğulayıb. O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan faktoru ilə bağlı deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir. Mənbə: RİA Novosti Вернуться назад |