Главная > Dünya / Manset > Britaniyada körpə oyuncağın batareyasını udaraq ölüb

Britaniyada körpə oyuncağın batareyasını udaraq ölüb


9-02-2022, 13:30. Разместил: azadses
İngiltərədə körpə oğlan yumşaq oyuncaqla oynadıqdan sonra ölüb.

Hyu MakMahon oyuncaqdan düşən kiçik həbə bənzər batareyanı ağzına atıb.

Uşaq bir saat sonra huşunu itirib.

Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyləri heç bir nəticə verməyib.

Bədbəxt hadisədən sonra Hyunun valideynləri kiçik həb formalı batareyaların satışının qadağan olunması təşəbbüsülə çıxış ediblər.

Cütlüyün təşəbbüsünü yerli deputat dəstəkləyib və bu məsələni parlamentdə qaldırmağı vəd edib.

Mənbə: gazeta.ru


Вернуться назад