Главная > Dünya / Manset > ABŞ-da xammal ehtiyatının azalması neftin bahalaşmasına səbəb olub

ABŞ-da xammal ehtiyatının azalması neftin bahalaşmasına səbəb olub


9-02-2022, 09:11. Разместил: azadses
Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,44% bahalaşaraq, 1 bareli 91,18 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti 0,41% artıb və 1 bareli 89,74 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən fevralın 4-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatı 2,025 milyon barel azalıb. Analitiklər ehtiyatların 0,675 milyon barel artacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.

İnvestorlar İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların bərpa perspektivlərini qiymətləndirməkdə davam edirlər.

Bundan başqa, treyderlər OPEC və Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatlarının açıqlanmasını gözləyirlər.


Вернуться назад