Главная > Dünya / Manset > Alimlər koronavirusdan sonra kişilərdə cinsi disfunksiya məsələsini dəqiq cavablandırıblar

Alimlər koronavirusdan sonra kişilərdə cinsi disfunksiya məsələsini dəqiq cavablandırıblar


9-02-2022, 09:28. Разместил: azadses
Koronavirus infeksiyası pasiyentdə kişi hormonlarının səviyyəsini azaldır, lakin sağaldıqdan sonra fertillik əmsalı normallaşır.

Bu barədə Seçenov Universitetinin tədqiqatçıları bildiriblər. Onlar Universitetin koronavirus xəstəxanasının bazasında altı ay ərzində koronavirus xəstələrinin hormonal vəziyyətini müşahidə ediblər və nəticələri ümidverici adlandırıblar.

Alimlər koronavirusa yoluxan 44 kişini və nəzarət qrupunu təşkil edən 44 sağlam könüllünü müayinə ediblər. Ultrasəs müayinəsi kişilərin cinsiyyət orqanlarında hər hansı iltihab və ya qan dövranında pozuntu göstərməyib. Lakin hormonal vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib, o cümlədən testosteron səviyyəsi kəskin azalıb.

Bununla belə, bu, müvəqqəti olaraq baş verib; sağaldıqdan üç ay sonra aparılan spermoqramma nəzarət qrupu ilə koronovirusu keçirən xəstələr arasında əhəmiyyətli fərq göstərməyib.

Alimlərin fikrincə hormonal sistemə təsir xəstəliyin pik həddində baş verir.

“COVID-19 virusu pasiyentdə kişi hormonlarının səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, lakin virusdan qurtulmaqla, fertillik göstəriciləri də normala qayıdır”, - deyə məlumatda əlavə edilib.

Mənbə: RİA Novosti


Вернуться назад