Главная > Dünya / Manset > Populyar çimərlik ölkəsi turistlər üçün karantini ləğv edir
Populyar çimərlik ölkəsi turistlər üçün karantini ləğv edir9-02-2022, 08:03. Разместил: azadses |
Malayziya PCR testi mənfi olan turistlər üçün karantin tələbini ləğv edir. Yerli medianın məlumatına görə, qayda martın 1-dən qüvvəyə minəcək. Yeniliklərə əsasən, ölkəyə səfər etmək istəyən bütün turistlər uçuşdan öncə və enişdən sonra PCR testi verəcək. Nəticəsi mənfi olanlar karantindən azad ediləcək. Qeyd edək ki, hazırda ölkə əhalisinin 80%-i koronavirusa qarşı peyvənd olunub. Əhalinin 53%-i isə vaksinin üçüncü dozasını da qəbul edib. Mənbə: lenta.ru Вернуться назад |