Главная > Dünya > Marneulidə qətl törədən yeniyetmə saxlanılıb

Marneulidə qətl törədən yeniyetmə saxlanılıb


8-02-2022, 14:53. Разместил: azadses
Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda 2005-ci il təvəllüdlü A.M. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs qəsdən adam öldürməkdə ittiham olunur.

İstintaqla müəyyən olunub ki, 17 yaşlı yeniyetmə Marneuli şəhərində mübahisə zəminində 1992-ci il təvəllüdlü A.İ. adlı şəxsi bıçaqla ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Polis onu “isti izlər”lə yaxalayıb və soyuq silah maddi sübut kimi müsadirə edilib.

Saxlanılan şəxsi günahı sübuta yetiriləcəyi halda 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Faktla bağlı istinaq tədbirləri davam etdirilir.


Вернуться назад