Главная > Dünya / Manset > Avropada məktəblilər qazlı su ilə COVID testlərini saxtalaşdırırlar

Avropada məktəblilər qazlı su ilə COVID testlərini saxtalaşdırırlar


6-02-2022, 18:14. Разместил: azadses
Koronavirusun növbəti dalğasının gəlməsiylə pandemiya ilə bağlı fırıldaqlar yenidən Avropaya qayıdıb.

Keçən ilin yaz və yay aylarında, “delta” variantının yayılmasının pik nöqtəsində Böyük Britaniyadan olan məktəblilər və tələbələr saxta müsbət koronavirus testləri ilə məktəbdən yayınmağa çalışırdılar. Aldatma resepti sosial şəbəkələrdə aktiv şəkildə yayılır və son bir il ərzində dünyanın bir çox ölkələrində tələbələr tərəfindən istifadə edilir.

2022-ci ilin əvvəlində, “omikron” variantının yayılması ilə sözügedən resept, ən azı Fransada yenidən populyarlıq qazanıb. Aldatma üsulu, ehtimal ki, 2021-ci ilin aprelində Pasxa bayramları zamanı Qərbi Londondan olan 17 yaşlı tədqiqatçı Amaar tərəfindən hazırlanıb. O, tədqiqatında tərkibində turşu olan müxtəlif inqrediyentlərdən istifadə edib: limon suyu, sirkə, qazlı içkilər və s. İnqrediyentlər test nümunələrinə və ya birbaşa test sisteminin özünə əlavə edilib. Amaar araşdırmasının nəticələrini “TikTok”da dərc edərək milyonlarla baxış toplayıb. Lakin tədqiqatçı resepti məhz onun icad etdiyinə dair heç bir sübut təqdim etməyib.

Amaar və onun ardıcıllarının işi elm adamlarını maraqlandırıb. Liverpul Universitetindən bir qrup alim bu üsulun effektliliyini təsdiqləyib. Sınaqlarda yeddi müxtəlif markanın qazlı suyu test sistemləri ilə sınanıb və müsbət nəticə verib.

Bununla belə, sosial şəbəkələr araşdırmanı dəyərləndirməyib və reseptlərin əks olunduğu ən populyar videoları qadağan edib.

Mənbə: meduza.io


Вернуться назад