Главная > Dünya / Manset > Perunun baş naziri təyinatından üç gün sonra istefa verib

Perunun baş naziri təyinatından üç gün sonra istefa verib


6-02-2022, 17:26. Разместил: azadses
Perunun baş naziri Hektor Valer Pinto yerli mediadakı ittihamlardan sonra istefa verib.

Hökumət başçısı həyat yoldaşı və qızına qarşı məişət zorakılığında ittiham olunub.

Məlumata görə, hadisə 2016-cı ildə baş verib.

“Mən ifrat sağçılarla əlaqəli olan Peru qəzetlərindəki məlumatları təkzib edirəm. İddialar yalan məlumatlara əsaslanır. Mən bunun doğru olduğunu deyən insanları məhkəməyə verəcəyəm”, – deyə cənab Pinto Peru dövlət televiziyasında bildirib.

Mənbə: kommersant.ru


Вернуться назад