Главная > Dünya / Manset > Le Pen: “Prezident seçilsəm, Fransa NATO-nu tərk edəcək”
Le Pen: “Prezident seçilsəm, Fransa NATO-nu tərk edəcək”6-02-2022, 10:28. Разместил: azadses |
Fransada “Milli birlik” Partiyasından prezidentliyə namizəd Marin Le Pen seçkilərdə qalib gələcəyi halda ölkənin NATO-dan çıxacağını açıqlayıb. “Biz öz maraqlarımızı müstəqil şəkildə müdafiə etməli, hərbi bloklar məntiqindən çıxmalıyıq. Buna görə də, bizi bundan sonra başqalarının münaqişələrinə çəkə bilməsinlər deyə NATO-nun birləşmiş komandanlığından çıxacağıq”, - deyə o bildirib. Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Mənbə: RİA Novosti Вернуться назад |