Главная > Dünya / Manset > Lukaşenko Putinlə aralarındakı sərt söhbətdən danışdı: “Çox incimişdim”

Lukaşenko Putinlə aralarındakı sərt söhbətdən danışdı: “Çox incimişdim”


6-02-2022, 07:39. Разместил: azadses
Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə aralarında yaşanan sərt söhbətdən danışıb.

Belarus lideri 2020-ci ildə ölkədə 33 rusiyalının saxlandığı zaman bu ölkədən incidiyini də dilə gətirib.

“Çox incidim. İnandım ki, rusiyalılar Belarusa ölkədəki sabitliyi pozmaq üçün gəlib. Bundan sonra Rusiya Prezidenti Vladimir Putinlə danışdım. Söhbət sərt keçdi. Araşdırmağa başladıq, mən Putinlə üç dəfə bu mövzuda danışdım. O dedi ki, gözlə, indi biz araşdırırıq, gəlin sizlə birgə də araşdıraq. Görək, səbəb nədir. Bir həftə və ya bir neçə gündən sonra hər şey aydın oldu”, - deyə o bildirib.

Mənbə: Vesti.ru


Вернуться назад