Главная > Dünya / Manset > Ermənistanda son sutkada 4 mindən çox insanda koronavirus aşkarlanıb
Ermənistanda son sutkada 4 mindən çox insanda koronavirus aşkarlanıb5-02-2022, 11:51. Разместил: azadses |
Ermənistanda son sutkada daha 4 032 nəfərdə COVID-19 aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 387 490-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 6 nəfər artaraq 8 081 nəfərdir. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 552 nəfərdir. İndiyədək 348 356 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 29 501 aktiv koronavirus xəstəsi var. Вернуться назад |