Главная > Dünya / Manset > Pekin olimpiadasında daha 45 nəfər koronavirusa yoluxub

Pekin olimpiadasında daha 45 nəfər koronavirusa yoluxub


5-02-2022, 07:50. Разместил: azadses
Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 45 nəfərin testi pozitiv çıxıb.

Onlardan 25-i idmançılar və digər rəsmi şəxslərdir.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.


Вернуться назад