Главная > Dünya / Manset > Polşa 1,7 min ABŞ hərbçisini qəbul etməyə hazırlaşır
Polşa 1,7 min ABŞ hərbçisini qəbul etməyə hazırlaşır5-02-2022, 08:05. Разместил: azadses |
Polşanın milli müdafiə naziri Mariuş Blaşak əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi üçün respublikaya ilkin qrupun gəldiyini bildirib. Blaşak qeyd edib ki, ölkə ABŞ ordusunun 82-ci hava-desant diviziyasından briqada döyüş qrupunun əsas qüvvələrini qəbul etməyə hazırlaşır. Polşalı nazir ölkəyə 1,7 min əsgərin gələcəyini təsdiqləyib. Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi bəzi Avropa ölkələrinə əlavə qüvvələrin göndərildiyini açıqlamışdı. Mənbə: Mk.ru Вернуться назад |