Главная > Dünya / Manset > Türkiyə xarici işlər nazirinin müavini bu gün Rusiyaya səfər edəcək

Türkiyə xarici işlər nazirinin müavini bu gün Rusiyaya səfər edəcək


4-02-2022, 17:57. Разместил: azadses
Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bu gün Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) rusiyalı həmkarlarla məsləhətləşmələr aparmaqdır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara dəniz regionunun və Cənubi Balkanların 12 dövlətinin regional iqtisadi birliyidir. QDİƏT üzvləri Rusiya, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadır.


Вернуться назад