Главная > Dünya / Manset > Nigeriyada cinayətkarlar keşişi diri-diri yandırıb, oğlunun isə başını kəsib
Nigeriyada cinayətkarlar keşişi diri-diri yandırıb, oğlunun isə başını kəsib4-02-2022, 11:01. Разместил: azadses |
Nigeriyanın cənub-şərqindəki Kross-River ştatında cinayətkarlar keşişə və onun oğluna hücum edərək din xadimini diri-diri yandırılıb, oğlunun isə başını kəsiblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlər ştat ərazisində baş qaldıran icmalararası toqquşmaların qurbanı olub. İcmalararası konfliktin səbəbi isə torpaq bölgüsü ətrafında yaranan narazılıqdır. Nigeriyada vətəndaş müharibəsindən sonra baş verən torpaq bölgüsü artıq çoxdandır ki, icmalararası toqquşmalar və faciələrlə nəticələnir. Mənbə: Nigerian Tribune Вернуться назад |