Главная > Dünya / Manset > Ölmüş anasının meyitini aylarla evində saxladı
Ölmüş anasının meyitini aylarla evində saxladı3-02-2022, 12:25. Разместил: azadses |
Yaponiyanın Miyaqi prefekturasında qadın ölmüş anasının cəsədini evdə gizlətməkdə şübhəli bilinərək həbs edilib. Hüquq mühafizə orqanlarından əldə edilən məlumata görə, 49 yaşlı Yui Satonun bəzi qohumları onun 80 yaşlı anasından uzun müddət xəbər ala bilməyiblər və sosial xidmət orqanlarına məlumat veriblər. Şübhəli şəxsin evinə gedən səlahiyyətlilər orada qadın meyiti ilə qarşılaşıblar. Ölümlə bağlı səlahiyyətlilərə məlumat verməməkdə şübhəli bilinərək həbs edilən Sato anasının ötən ilin oktyabrında dünyasını dəyişdiyini etiraf edib. Meyitin üzərində döyülmə əlamətlərinin olmadığını açıqlayan polis ölümün dəqiq səbəbini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanıldığını açıqlayıb. Satonun anasının təqaüdünü almağa davam etmək üçün ölüm barədə səlahiyyətli orqanlara məlumat verməmiş ola biləcəyi qeyd edilir. Mənbə: İHA Вернуться назад |