Главная > Dünya / Manset > Ərdoğan: “Rusiya ilə bağladığımız müqavilə NATO üçün heç bir problem yaratmır”
Ərdoğan: “Rusiya ilə bağladığımız müqavilə NATO üçün heç bir problem yaratmır”2-02-2022, 00:01. Разместил: azadses |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda gənclərlə bir araya gəlib. Dövət başçısı yerli kitabxanada tələbələrin sullarını cavablandırıb. Prezident Rusiya ilə münasibətlər, Rusiya-Ukrayna gərginliyi, S-400 və F-35-lərlə bağlı mövcud narazılıqlar fonunda Türkiyə-ABŞ əlaqələri, eləcə də bir sıra digər beynəlxalq məsələrə dair maraqlı açıqlamalar verib. Ərdoğan ölkəsinin xarici siyasətdəki məqsədinin daha çox düşmən deyil, dost qazanmaq olduğunu bildirib. “Biz bu günə qədər istər yaxın qonşu olan Rusiya ilə, istər Ukrayna ilə, istərsə də cənub tərəfdən İranla, xüsusən də Avropa ölkələri ilə həmişə dostluq etməyə çalışmışıq. Təbii ki, Rusiya ilə heç zaman indiki dövrümüzdəki kimi dostluq münasibətləri olmayıb. Daha da əhəmiyyətlisi, bu dövrdə ticarət dövriyyəsi baxımından çox ciddi bir həcmə çatmışıq. Xüsusən də strateji məhsullarda, o cümlədən də təbii qaz alışında münasibətimiz çox inkişaf edib. Bildiyiniz kimi, bizim atdığımız yeni addım Rusiya ilə nüvə enerjisi sahəsində də əməkdaşlıq etməkdir. Hazırda Akkuyu Atom Elektrik Stansiyası tikilir. İnşallah, 2023-cü ildə bu atom elektrik stansiyası inşa olunacaq və orada istehsala başlanacaq. Bu arada onlarla ikinci atom elektrik stansiyasını da qura biləcəyimiz barədə cənab Putinlə söhbət etmişik. Bu, ölkəmizi nüvə enerjisi, eləcə də təbii qazla təmin etmək baxımından çox vacibdir. Bu, mənim fikrimcə, xarici siyasətin ən mühüm sütunudur”, - deyə dövlət başçısı bəyan edib. O, ABŞ-la üz-üzə gəlmək istəmədiklərini də bildirib. “Digər tərəfdən bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli bir addımdır. S-400 çox vacib müdafiə sistemidir. Siz artıq bilirsiniz ki, biz S-400-ləri aldığımız andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olub. Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri silahlanmada öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik. Təbii ki, Amerikaya pulunu ödədiyimiz halda, təəssüf ki, bizə verilməyən məhsullar var ki, onlardan ən əsası F-35-dir. F-35 ilə bağlı ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə lazım olan F-35-ləri vermədilər. Hazırda Müdafiə Nazirliyi xəttilə müəyyən görüşlər keçirib bu problemi həll etmək istəyirik. Çünki biz ABŞ-la üz-üzə gəlmək istəmirik. Onlarla bir çox sahələrdə əməkdaşlığımız var. Biz F-16-ları modernləşdirməklə və ya bizə bir neçə yeni F-16 verməklə bunu həll etməyə çalışacağıq. Təbii ki, yeri gəlmişkən, fevralın 3-ü və ya 4-ü Ukraynaya səfərim olacaq. Ukrayna ilə yüksək səviyyəli strateji şuranın iclası üçün bir günlük bu ölkəyə gedəcəyik. Sonra cənab Putin bizə baş çəkəcək. Təbii ki, bizim çalışdığımız Ukrayna ilə Rusiya arasındakı bu problemi həll etməkdir. Biz Rusiya ilə Ukrayna arasında belə bir müharibə istəmirik. Bu müharibə haqqında hər zaman danışılır. Bu, region üçün yaxşı əlamət deyil. Biz NATO ölkəsi olaraq belə bir şey istəmirik, qəbul etmirik. NATO-nun baş katibi Stoltenberq öz bəyanatları ilə artıq bizim üçün də yol açıb. Ümid edirəm ki, bunu sülh yolu ilə həll edə biləcəyik, inşallah”, - deyə Ərdoğan qeyd edib. Mənbə: “Haber Global” Вернуться назад |