Главная > Dünya > Afrika ölkəsində dövlət çevrilişi cəhdi olub
Afrika ölkəsində dövlət çevrilişi cəhdi olub2-02-2022, 09:28. Разместил: azadses |
Qvineya-Bisauda dövlət çevrilişi cəhdi olub. Ölkə prezidenti Umaru Sisoku Embalo çərşənbə axşamı respublika Nazirlər Şurasının növbədənkənar iclasını keçirmək üçün hökumət evinə gəlib. Bir müddət sonra mülki geyimli şəxslər binaya gələrək avtomat silahlardan və qumbaraatanlardan atəş açıblar. Hökumət evini qoruyan polislər arasında dörd nəfərin yaralandığı bildirilib. Daha sonra qiyamçılar binaya daxil olaraq ölkə rəhbərliyini girov götürüblər. Artıq Qvineya-Bisau hökumətinin üzvləri azad edilərək silahlılar tərəfindən ələ keçirilən binanı tərk ediblər. Prezident Omaru Şisoku Embalo isə sosial şəbəkə səhifəsindən xalqa müraciət edərək ölkədə vəziyyətin nəzarət altında olduğunu bildirib. Hazırda hökumət evi binadan 500 metr aralıda dayanan qoşunlar tərəfindən mühasirəyə alınıb. Mənbə: TASS Вернуться назад |