Главная > Dünya > “Ukrayna nə Krıma, nə Donbassa hücum etməyi planlaşdırır”

“Ukrayna nə Krıma, nə Donbassa hücum etməyi planlaşdırır”


1-02-2022, 11:25. Разместил: admin
“Ukrayna nə Krıma, nə Donbassa, nə də başqa yerə hücum etməyi planlaşdırır”.

“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa çıxış edib.

Onun sözlərinə görə, Kiyev Rusiya tərəfinin qüvvələrin sərhəddən çıxarılması üçün praktiki addımlar atacağını gözləyir. Eyni zamanda o, iddia edib ki, Ukrayna tərəfinin məlumatına görə, Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin sayı 130 min nəfərdir.

Kislitsa deyib ki, Kiyev Moskva ilə əlaqə kanallarının açıq qalmasının tərəfdarıdır:

“Eyni zamanda, biz Rusiya ilə diplomatik kanalların açıq saxlanmasının vacibliyini dəstəkləyirik”.

Kislitsa bildirib ki, o, rusiyalı həmkarı Vasili Nebenzey ilə Ukrayna ətrafında yaranan gərginliyi müzakirə etməyib.
Вернуться назад