Главная > Dünya > Boris Conson Putinlə danışıb Ukraynaya səfər edəcək
Boris Conson Putinlə danışıb Ukraynaya səfər edəcək31-01-2022, 18:23. Разместил: admin |
Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutacağı gözlənilir. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Boris Consonun ofisinin nümayəndəsi açıqlayıb. Tərəflər söhbət zamanı Ukrayna məsələsini müzakirə edəcəklər. Bununla yanaşı bildirilir ki, Conson fevralın 1-i Ukraynaya səfər edəcək və bu səfər çərçivəsində ölkə Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Consonla birlikdə Britaniyanın xarici işlər naziri Liz Trass da Ukraynaya yollanacaq. Вернуться назад |