Главная > Dünya / Manset > İlon Mask 19 yaşlı gəncə 5 min dollar təklif etdi, razılaşmadı
İlon Mask 19 yaşlı gəncə 5 min dollar təklif etdi, razılaşmadı31-01-2022, 17:43. Разместил: admin |
ABŞ-ın Florida ştatından olan 19 yaşlı Cek Suini tviter sosial şəbəkəsində milyarder İlon Maskın özəl təyyarəsinin getdiyi bütün yerlər barədə məlumat paylaşdığı hesab açıb. “Azadsəs.az” “CNN”ə istinadən xəbər verir ki, sözügedən hesabın adı “Elon Musk's Jet”dir və hesab Maskın təyyarəsinin yerini avtomatik izləyərək harada olması barədə məlumat paylaşır. Hesabdan xəbər tutan İlon Mask hələ 2021-ci ilin noyabr ayında Suiniyə müraciət edərək səhifənin bağlanmasını istəyib. Tərəflər bir müddət mesajlaşdıqdan sonra Mask ondan botları necə quraşdırdığını və bundan nə qədər gəlir əldə etdiyini soruşub. Suini isə öz növbəsində, botlardan aylıq qazancının 20 dolları keçmədiyini bildirib. Bunun ardınca isə Mask 19 yaşlı gəncə hesabın silinməsi üçün 5000 dollar təklif edib. Suini isə bu məbləğlə razılaşmayaraq 50 min dollar tələb edib. İ.Mask bu təklifi nəzərdən keçirəcəyini bildirsə də, daha sonradan hesabın bağlanması üçün pul ödəməyi düzgün hesab etmədiyini qeyd edib. Yanvarın 26-sı Cek Suini milyarderə mesaj yazaraq bildirib ki, Maskın şirkətlərinin birində təcrübə keçmək müqabilində puldan imtina etməyə və hesabı silməyə hazırdır. Gəncin sözlərinə görə, Mask onun mesajını hələ açmayıb. O əlavə edib ki, bu yaxınlarda milyarderin təyyarəsi Havay adalarında yerə enib və ola bilsin Mask tətilə yollanıb. Qeyd edək ki, “Elon Musk's Jet” hesabının 200 mindən çox izləyicisi var. Вернуться назад |