Главная > Dünya > TDT Qırğızıstan-Tacikistan sərhədindəki atışmadan narahatdır

TDT Qırğızıstan-Tacikistan sərhədindəki atışmadan narahatdır


28-01-2022, 18:38. Разместил: admin
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşma ilə bağlı açıqlama yayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında paylaşılıb.

“Biz Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətdən dərin narahatlıq duyuruq və silahlı toqquşmaların dərhal dayandırılmasına, sülh yolu ilə həllinə və vəziyyətin diplomatik danışıqlar yolu ilə sabitləşdirilməsinə çağırırıq.

Həmçinin Türk Dövlətləri Təşkilatı olaraq mülki şəxslərə qarşı silahdan istifadə olunmasını qınayırıq və iki qonşu ölkənin sərhədində gərginliyin daha da artmaması üçün lazımi tədbirlərin görülməsinə çağırırıq.

Qırğızıstan Respublikasının vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyimizi qeyd edirik və Qırğızıstan və Tacikistan arasında qarşılıqlı anlaşma, hörmət, mehriban qonşuluq münasibətləri və birlikdə yaşamaq iradəsinə əsaslanan dialoqu alqışlayırıq.

Ümid edirik ki, danışıqlar nəticəsində hər iki tərəf qarşılıqlı etimadı gücləndirmək və mümkün toqquşmaların qarşısını almaq üçün lazımi addımlar atacaq”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-si Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.
Вернуться назад