Главная > Dünya > Amerika Ukrayna məsələsi ilə bağlı təcili iclas istəyir
Amerika Ukrayna məsələsi ilə bağlı təcili iclas istəyir28-01-2022, 13:37. Разместил: admin |
ABŞ yanvarın 31-i Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib. “Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild açıqlayıb. Onun sözlərinə görə, Amerika tərəfi Rusiyanın Ukraynaya qarşı təhdidedici davranışını, eləcə də Ukrayna və Belarus sərhədində rus qoşunlarının toplanmasını müzakirə etmək niyyətindədir. Вернуться назад |