Главная > Dünya / Manset > Türkiyə Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqazla bağlı - Bəyanat

Türkiyə Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqazla bağlı - Bəyanat


28-01-2022, 11:42. Разместил: admin
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını keçirib.

“Azadsəs.az” TRT-yə istinadən xəbər verir ki, görüş 4 saat 45 dəqiqə davam edib.

MTŞ-nin 5 bəndlik bəyanatından birində Türkiyə və Ermənistan başda olmaqla, tərəflərin konstruktiv, səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlərin, səylərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, MTŞ-də Ukrayna ilə Rusiya arasında son vaxtlar artan gərginlik də müzakirə olunub. MGK-nin açıqlamasında bütün tərəflər sağlam düşüncə ilə gərginliyi azaltmağa çağırılıb.
Вернуться назад