Главная > Dünya > İraqda parlament sədrinin iqamətgahına raket atıldı

İraqda parlament sədrinin iqamətgahına raket atıldı


26-01-2022, 10:22. Разместил: admin
İraq parlamentinin sədri Məhəmməd əl-Halbusinin Ənbar əyalətindəki iqamətgahına raket atılıb.

“Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.


Bildirilib ki, ölkənin qərbindəki Ənbar vilayətinin müxtəlif bölgələrinə dörd raket zərbəsi endirilib.

Raketlərdən biri Qarma rayonunda parlament sədri Halbusinin iqamətgahı yaxınlığında düşüb.

Qeyd edək ki, İraq Ali Federal Məhkəməsi yanvarın 9-da Məclis sədrinin seçilməsinin qeyri-qanuni olması barədə etirazları etirazı rədd edərək, seçkinin qanuni olduğuna qərar verib. Halbusinin namizəd olduğu səsvermədə İrana yaxın şiə qrupları iştirak etməyib.
Вернуться назад