Главная > Dünya > Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsi araşdırılır
Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsi araşdırılır25-01-2022, 15:39. Разместил: admin |
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin yenicə istefa vermiş Prezidenti Armen Sarkisyanın ölkə prezidenti seçilənə qədər Sent-Kits və Nevis vətəndaşlığının olub-olmamasını araşdırır. “Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hələ 2021-ci ilin aprel ayında Armen Sarkisyanın xarici ölkə vətəndaşlığının olması ilə bağlı iş başlanılıb. Ölkənin Baş prokurorluğu bu iş çərçivəsində MTX-yə “Hetq” nəşrində yayılan məlumatı yoxlamağı tapşırıb. “Hetq.am” isə yazır ki, Armen Sarkisyan prezident seçilənə qədər Sent-Kits və Nevis dövlətinin vətəndaşlığına malik olub. Bu səbəbdən də, onun prezident seçilmək hüququ olmayıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, prezident seçilməzdən 6 il əvvəl Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər. Вернуться назад |