Главная > Dünya > Tokayev Nazarbayevanın qudasını işdən çıxardı

Tokayev Nazarbayevanın qudasını işdən çıxardı


25-01-2022, 12:37. Разместил: admin
Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev vəzifəsindən azad edilib.

“Azadsəs.az”ın Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Tokayevin digər bir sərəncamı ilə Nurlan Abdirov MSK sədri təyin olunub.

Qeyd edək ki, Berik İmaşev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın qudasıdır. Belə ki, İmaşevin qızı ilə D. Nazarbayevanın oğlu Nurali Aliyev evlidir.


Вернуться назад