Главная > Dünya > İran ABŞ-la razılığın əldə olunacağını istisna etmir

İran ABŞ-la razılığın əldə olunacağını istisna etmir


24-01-2022, 17:17. Разместил: admin
“İran tərəfi ABŞ ilə məhbus mübadiləsinə dair razılığın əldə olunacağını istisna etmir. Lakin bu məsələ nüvə sazişindən ayrı olaraq müzakirə edilməlidir”.


“Azadsəs.az” xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, əgər qarşı tərəf istək nümayiş etdirsə, qısa müddət ərzində hər iki məsələ üzrə razılıq əldə etmək mümkün ola bilər.
Вернуться назад