Главная > Dünya > Berluskoni prezidentliyə namizədliyini geri çəkdi
Berluskoni prezidentliyə namizədliyini geri çəkdi23-01-2022, 15:43. Разместил: admin |
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni sabah başlayacaq prezident seçkilərindən əvvəl namizədliyini geri çəkib. “Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin ilk turu 1009 üzvü olan Böyük Seçici Məclisindəki səsvermə ilə başlayacaq. “Forza Italia”, radikal sağçı Lig və “İtaliyanın qardaşları” partiyalarından ibarət mərkəz sağ ittifaqı liderləri Berluskoninin namizədliyini müzakirə etmək üçün toplanıb. Ancaq Berluskoni iclasa qatılmayıb. “Milli məsuliyyət duyğusu ilə hərəkət edirəm. Ölkəmə fərli şəkillərdə xidmətə davam edəcəyəm”, - o, iclasa göndərdiyi mesajda bildirib. Вернуться назад |