Главная > Dünya > Qalmaqal yaradan “Krım Rusiyanındır” açıqlamasına görə istefa verdi
Qalmaqal yaradan “Krım Rusiyanındır” açıqlamasına görə istefa verdi23-01-2022, 13:30. Разместил: admin |
Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə DPA məlumat yayıb. Bildirilib ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib. Müdafiə Nazirliyinin nümayəndəsi deyib: “Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”. Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib: “Putinə anlayış göstərilməlidir. Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”. Az sonra məlum olub ki, Almaniya səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb. Вернуться назад |