Главная > Dünya / Manset > Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə etdi

Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə etdi


22-01-2022, 17:21. Разместил: admin
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti telefon danışığı olub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit edilmiş razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.

Söhbət zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə işlərin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib. Eyni zamanda, KTMT çərçivəsində gələcək qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub.

Telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub.
Вернуться назад